Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

ANAS Wiki saytından
Naviqasiyaya keç Axtarışa keç
Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyi
Lua xətası modul Modul:Wikidata, sətir 272: attempt to index field 'wikibase' (a nil value).
Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Lua xətası modul Modul:Infobox_mapframe, sətir 193: attempt to index field 'wikibase' (a nil value).
Əsası qoyulub Lua xətası modul Modul:Wikidata, sətir 272: attempt to index field 'wikibase' (a nil value).
Açılış tarixi Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Bağlanıb Lua xətası modul Modul:Wikidata, sətir 272: attempt to index field 'wikibase' (a nil value).
Təsisçi Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Mövzu Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Ölkə Lua xətası modul Modul:Wikidata, sətir 272: attempt to index field 'wikibase' (a nil value).
Yerləşir Azərbaycan, Bakı, AZ 1001, İstiqlaliyyət, 53
Ünvan Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Kolleksiyası Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Ziyarətçi sayı Lua xətası modul Modul:Wikidata, sətir 272: attempt to index field 'wikibase' (a nil value).
Direktor Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Muzeyə yetişmək M 1 İçərişəhər metrostansiyası
Telefon Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
İş rejimi Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Bilet Lua xətası modul Modul:Wikidata, sətir 1084: attempt to index field 'wikibase' (a nil value).
Lua xətası: callParserFunction: function "#property" was not found.
Ədəbiyyat Muzeyi (Bakı)
Nöqtə
Ədəbiyyat Muzeyi
nizamimuseum.az/museum/
Lua xətası modul Modul:Wikidata, sətir 272: attempt to index field 'wikibase' (a nil value).

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyiBakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur[2]. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.

Muzeyin tarixi

"Metropol" mehmanxanası. XX əsrin əvvəllərində

Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi.

Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman — 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən — o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi.[3]

Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatırə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Memarlar Sadıq DadaşovMikayıl Üseynovun layihəsi çərçivəsində əsaslı təmir işləri aparılmış, baş fasadda heykəllər quraşdırılmış və daha iki mərtəbə tamamlandı. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının heykəlləri quraşdırılıb. Məhəmməd Füzuli (heykəltaraş F. Əbdürrəhmanov), Molla Pənah Vaqif (heykəltaraş C. Qaryağdı), Mirzə Fətəli Axundov (heykəltaraş P. Sabsay), Xurşidbanu Natəvan (heykəltaraş E. Tripolskaya), Cəlil Məmmədquluzadə (heykəltaraş N. Zaxarov) və Cəfər Cabbarlı (heykəltaraş S. Klyatsky). Muzeyin interyeri Lətif Kərimov tərəfindən bəzədilmişdir. Sonradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.[4]

1959 və 1967-ci illərdə muzey hərtərəfli bərpa edilmiş, genişlənmişdir. 2004–2009-cu illərdə təmir və restovrasiya olunmuşdur. Sərginin sahəsi 2500 kv. metrədək artmışdır.

Muzeyin ekspozisiyası

Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.

Ekspozisiya zallarında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid, Salman Mümtaz, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal kimi tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanmışdır. Muzey mütəmadi olaraq müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet və bələdçilər nəşr etdirir.

Nizami muzeyində ardıcıl olaraq Nizami lektoriyaları, elmi seminarlar, mühazirələr, tanınmış ictimai, elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir.

Muzeyin direktoru akademik Rafael Hüseynovdur.[5]

Qalereya

İstinadlar

  1. "Azərbaycan muzeyləri (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi)". 9 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2010.
  2. "Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyi". 14 avqust 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2010.
  3. "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu". 9 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2010.
  4. "Tişə ustası Cəlal Qaryağdı. 525-ci qəzet.- 2012.- 20 mart.- S.7". 1 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2018.
  5. "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi". 23 sentyabr 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2010.

Lua xətası modul Modul:External_links, sətir 138: attempt to index field 'wikibase' (a nil value).