Qasımov Ramiz Asəf oğlu

ANAS Wiki saytından
Naviqasiyaya keç Axtarışa keç
Qasımov Ramiz Asəf oğlu

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ümumi məlumat

Parametr Məlumat
Adı Qasımov Ramiz Asəf oğlu
Doğum tarixi 19.07.1976
Doğum yeri Azərbaycan Respublikası, Naxçıvan MR, Culfa rayonu, Əlincə kəndi
Təhsil Azərbaycan Dövlət Pedaqoji Universiteti
Elmi dərəcə Filologiya üzrə fəlsəfə doktoru
Elmi rütbə dosent


Vəzifə Şöbə müdiri




Namizədlik (PhD) dissertasiyası

  • İxtisas şifri: 5716.01
  • İxtisas: Azərbaycan ədəbiyyatı
  • Müdafiə tarixi:
  • Mövzu: Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası




Elmi əsərlərinin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 170
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 20
  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 90


Kadr hazırlığı

Pedaqoji və digər fəaliyyəti

Pedaqoji fəaliyyəti
* Culfa rayon Əlincə kənd orta məktəbində müəllim (2000-2004)

Təltif və mükafatları

  • 1. Naxçıvan MR Təhsil Nazirliyinin fəxri fərmanı və pul mükafatı
  • 2. AMEA Naxçıvan Bölməsinin “İlin alimi” diplomu və pul mükafatı

Elmi nailiyyətləri

  • Azərbaycan ədəbiyyatında “kiçik” adam problemi və bədii-estetik məfhumu ilə bağlı elmi nəticə müəyyən edilmiş, onun mahiyyəti, ədəbiyyatda ənənəsi, o cümlədən ictimai məzmunu və s. öyrənilmişdir (monoqrafiya nəşr edilmişdir);
  • Azərbaycan ədəbiyyatında milli düşüncə sistemi və azərbaycançılıq ideologiyası tədqiq edilmişdir (monoqrafiya nəşr edilmişdir);
  • Azərbaycan mətbuatının inkişafında xidmətləri olan görkəmli naxçıvanlı simaların fəaliyyəti ortaya qoyulmuşdur (monoqrafiya nəşr edilmişdir);
  • Qədim dövrlərdən müasir dövrə qədər Naxçıvanda ədəbi mühit və görkəmli simalar öyrənilmişdir (monoqrafiya nəşr edilmişdir);
  • Müstəqillik illərində ölkəmizin inkişafına başlıca təməl olan liderlik və ideologiya tədqiq olunmuşdur (kitab nəşr edilmişdir) və s.

Elmi əsərləri

  • 1. Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası (monoqrafiya). (Bakı: Elm və təhsil, 2012, 216 s.)
  • 2. Müstəqillik yollarında: Liderlik missiyası (Z.İsmayılla həmmüəllif). (Naxçıvan: Əcəmi, 2016, 216 s.)
  • 3. Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və azərbaycançılıq ideologiyası (monoqrafiya). (Z.İsmayılla həmmüəllif). (Bakı: Elm və təhsil, 2017, 192 s.)
  • 4.  Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (monoqrafiya). (Naxçıvan: Əcəmi, 2017, 120 s.)
  • 5. Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər (monoqrafiya). Bakı: Elm və təhsil, 2018, 232 s.
  • 6. Naxçıvan Duzdağı (həmmüəllif). (Naxçıvan: Əcəmi, 2019, 224 s.)
  • 7. Akademik Şəfaət Mehdiyevin “Mirzə Fətəli” əsərində Mirzə Fətəli surətinin təhlili
  • 8. Xaqani Şirvaninin ictimai-fəlsəfi lirikası – “Qəsideyi-şiniyyə” əsəri
  • 9. Behbud bəy Şahtaxtinskinin “Baraban” jurnalında fəaliyyəti
  • 10. Məmməd Səid Ordubadinin tarixi roman yaradıcılığı
  • 11. Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam problemi və xalq taleyinin bədii əksi
  • 12. Ünlü Azerbaycan yazarı və Azerbaycanın Molla Nasreddini Celil Memetkuluzadenin eserlerinde küçük insan karakteri
  • 13. Orta asırlarda Nahçivanda edebiyat

Əlaqə

  • Mobil tel: (+994 55) 5850042
  • Elektron poçtu: ramizasef@yahoo.com.tr
  • Ev telefonu: (+994 36) 5446464