Cavanşir Rəşid Cəmil oğlu

ANAS Wiki saytından
Hasan (müzakirə | töhfələr) (Səhifə "thumb|180x180px|Cavanşir Rəşid Cəmil oğlu Geologiya-minerologiya elmləri doktoru, Professor == Ümumi məlumat == {{Alim_esas | adi=Cavanşir Rəşid Cəmil oğlu | dogum_tarixi=17.07.1951 | dogum_yeri=Azərbaycan Respublikası, Bakı şəhəri | tehsil=Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) | elmi_derece=Geologiya-minerologiya elmləri doktoru..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 16:21, 26 aprel 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Cavanşir Rəşid Cəmil oğlu

Geologiya-minerologiya elmləri doktoru, Professor

Ümumi məlumat

Parametr Məlumat
Adı Cavanşir Rəşid Cəmil oğlu
Doğum tarixi 17.07.1951
Doğum yeri Azərbaycan Respublikası, Bakı şəhəri
Təhsil Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Elmi dərəcə Geologiya-minerologiya elmləri doktoru
Elmi rütbə Professor
İş yeri BP PLC, 1 St James’s Square, London SW1Y 4PD
Vəzifə Strategiya və inteqrasiya üzrə vitse-prezident
İş ünvanı BP PLC, 1 St James’s Square, London SW1Y 4PD


Elmi fəaliyyəti

1988-ci ildən Azərbaycan EA-nın Geologiya İnstitutu və Dərin neft və qaz yataqları problemləri institutunun doktorluq elmi dərəcəsini vermək üçün ixtisaslaşdırılmış şuralarının üzvü olmuş və 1993-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Yer haqqında elmlər üzrə ekspert Şurasının üzvüdür.

Namizədlik (PhD) dissertasiyası

  • İxtisas şifri: 04.00.12
  • İxtisas: Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı
  • Müdafiə tarixi:
  • Mövzu: AYTL-nin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto­dikası və proqnozlaşdırılması” (Cənubi Xəzər çökəkliyinin timsalında)

Doktorluq dissertasiyası

  • İxtisas şifri: 04.00.17
  • İxtisas: Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
  • Müdafiə tarixi:
  • Mövzu: Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy­yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları

Müxbir üzv seçilməsi

  • Tarix: 30 iyun, 2001
  • Sahə: Neft və qaz yataqlarının geologiyası və geokimyası


Elmi əsərlərinin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 212
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 8
  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 130

Müəlliflik şəhadətnamələrinin və patentləri

12

Kadr hazırlığı

  • Fəlsəfə doktorlarının sayı: 6
  • Elmlər doktorlarının sayı: 2

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • 1984-ci ildən indiyədək - Amerika Geoloq-Neftçilər Cəmiyyətinin üzvü.
  • 1989-1995-ci illərdə "Energy Sources" (ABŞ) beynəlxalq elmi jurnalının regional redaktoru.
  • 1989-1996,  2001-ci ildən indiyədək - "Journal of Petroleum Science and Engineering" (Hollandiya) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü
  • Member of Editorial Board of the “Azerbaijan Geologist”.
  • Member of Editorial Board of "Seismoprogno­sis observations in the territory of Azerbaijan".

Pedaqoji və digər fəaliyyəti

Pedaqoji fəaliyyəti
* ADNA

Digər fəaliyyəti
* 1988-ci ildən Azərbaycan EA-nın Geologiya İnstitutu və Dərin neft və qaz yataqları problemləri institutunun doktorluq elmi dərəcəsini vermək üçün ixtisaslaşdırılmış şuralarının üzvü olmuş və 1993-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Yer haqqında elmlər üzrə ekspert Şurasının üzvüdür.

Təltif və mükafatları

  • Akademik İ.M Gubkin adına mükafat laureatı – 1985 il;
  • “Şöhrət” ordeni - 2011 il

Elmi nailiyyətləri

  • Sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılmışdır. İlk dəfə olaraq nəzəriyyənin aksiomatik prinsipləri, geoflüqal təzyiqin formalaşması və inkişafının nəzəri dinamik modelləri və təsnifatı, eləcə də onların geoloji müşahidələr, sistematik tədqiqat, quyuların geofiziki tədqiqatları və qazmanın texnologiyası göstəricilərinə əsasən avtomatlaşdırılmış öyrənilmə və proqnozlaşdırma üsulları kompleksi yaradılmışdır.
  • İlk dəfə olaraq çöküntülərin nəzəri sıxılma modelləri, dağ süxurlarının kollektor, ekranlaşdırıcı və fiziki xassələrinin termobarik, struktur-litoloji və geotektonik amillərin ayrı-ayrılıqda olan təsiri nəzərə alınmaqla fiziki-riyazi modelləşdirmə üsulları təklif olunmuşdur.
  • Elektron mikroskopiya əsasında tam sıxılmaya uğramamış gillərin məsamə fəzası strukturu və mineroloji xüsusiyyətləri öyrənilmiş, ilk dəfə allotigen mineral yaranmaların geokimyəvi və termodinamik şəraitli kompüter modelləşdirilməsi həyata keçirilib, bu da gil minerallarının yer qatlarındakı anomal termobarik və geohidrokimyəvi şəraiti ilə transformasiyasının qarşılıqlı təsir mexanizminin nəzəri əsaslandırılmasına neft-qaz yaranma intervallarının təyini yeni metodikasını təklif etməyə imkan vermişdir.
  • Elizion sistemlərində geoloji və texnoloji zaman ərzində baş verən süzülmə proseslərinin riyazi təhlilinin əsasları işlənib hazırlanıb,  bu da öz növbəsində lateral və şaquli miqrasiyalarını kəmiyyətcə qiymətləndirməyə, gil qatlarının süzülmə və ekranlaşdırıcı xassələrini təyin etməyə, geoloji-geofiziki və hidrodinamik tədqiqatlara əsasən daxili su başlıqlı rejimin rolunu qiymətləndirməyə imkan yaradır.
  • Qeyri-bircins fəza sıxlığı ilə əsaslanan çöküntü hövzələrdə müstəqil qırışıq yaranmasının mexanizmi təklif olunmuşdur. Yer qatlarında yaranmış ümumplanetar və lokal qırışıqlıq, şaquli və lateral dağıntılarının formalaşmasının geotektonik konsepsiyası qeyri-dayanıqlıq modeli çərçivəsində ilk dəfə olaraq əsaslandırılmışdır.

Elmi əsərləri

  • Прогнозирование физических свойств коллекторов и покрышек нефти и газа., М.Недра, 1982, 200 с.
  • Геофизические методы изучения геофлюидальных давлений. Баку, Элм, 1986, 148 с.
  • Моделирование систем нефтегазовой геологию. М., Недра, 1990, 295 с.
  • Геофизические методы изучения природных резервуаров нефти и газа. Баку, Элм, 1993, 324 с.
  • South Caspian Basin Petroleum Production (editor), Journal of Petroleum Science & Engineering. Vol. 28 (2000), the Netherlands, 2000

Əlaqə

  • Xidməti tel: +44 (0)207 496 4000 (London)
  • Faks: (+994 12) 4979990
  • Elektron poçtu: rashid.javanshir@uk.bp.com
  • Ev telefonu: (+994 12) 4912494