Yetirmişli Qurban Cəlal oğlu

ANAS Wiki saytından
Hasan (müzakirə | töhfələr) (Səhifə "thumb|180x180px|Yetirmişli Qurban Cəlal oğlu Geologiya-mineralogiya elmlər doktoru, Professor == Ümumi məlumat == {{Alim_esas | adi=Yetirmişli Qurban Cəlal oğlu | dogum_tarixi=04.09.1952 | dogum_yeri=Gürcüstan Respublikası, Marneuli ş. | tehsil=Bakı Dövlət Universiteti | elmi_derece=Geologiya-mineralogiya elmlər doktoru | elmi_rutbe=Professor | is_yeri= | vezife=Baş direktor | is_unv..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 16:41, 26 aprel 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Yetirmişli Qurban Cəlal oğlu

Geologiya-mineralogiya elmlər doktoru, Professor

Ümumi məlumat

Parametr Məlumat
Adı Yetirmişli Qurban Cəlal oğlu
Doğum tarixi 04.09.1952
Doğum yeri Gürcüstan Respublikası, Marneuli ş.
Təhsil Bakı Dövlət Universiteti
Elmi dərəcə Geologiya-mineralogiya elmlər doktoru
Elmi rütbə Professor


Vəzifə Baş direktor




Namizədlik (PhD) dissertasiyası

  • İxtisas şifri: 04.00.12
  • İxtisas: Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı
  • Müdafiə tarixi:
  • Mövzu: Aşağı Kür çökəkliyində seysmogeodinamik şərait və kəsilişlərdə neft-qaz yataqlarının paylanması

Doktorluq dissertasiyası

  • İxtisas şifri: 25.07.01
  • İxtisas: Geofizika, faydalı qazıntılarının geofiziki axtarış üsulları
  • Müdafiə tarixi:
  • Mövzu: Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)

Müxbir üzv seçilməsi

  • Tarix: 2014
  • Sahə: Seysmologiya


Elmi əsərlərinin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 246
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 6
  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 115


Kadr hazırlığı

  • Fəlsəfə doktorlarının sayı: 4
  • Elmlər doktorlarının sayı: 2

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • 1.Azərbaycan  Seysmoloqlar  Assosasiyasının Prezidenti
  • 2. Avropa Seysmoloji Komissiyası

Pedaqoji və digər fəaliyyəti

Pedaqoji fəaliyyəti
* 3 il (BDU)

Təltif və mükafatları

  • 1. 2003-cü ildə AMEA Rəyasət Heyəti tərəfindən 50 illik yubileyi münasibəti ilə Fəxri fərmanla təltif edilmişdir.
  • 2. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 3. 2015-ci ildə "Avropa nəşr evi" tərəfindən "İlin vətənpərvər alimi" qızıl medalı ilə təltif edilmişdir.
  • 4. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
  • 5 "Parlamentin səsi" İctimai Birliyi və "Parlamentinsəsi.tv" internet televiziyası tərəfindən Azərbaycanda Milli Mətbuatın yaranmasının 141 illiyi ərəfəsində ayrı-ayrı media orqanları və jurnalistlər arasında keçirilən rəy sorğusuna əsasən, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli "Şərəfli ömür" Fəxri Diplomuna layiq görülüb.
  • 6.2017-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə “Vernadski” adına medala layiq görülüb.
  • 7.2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) münasibəti ilə yubiley medalına layiq görülüb.

Elmi nailiyyətləri

  • 1. İlk dəfə Azərbaycan ərazisində eninə dalğaların polyarizasiyasının parametrlərinin çoxkanallı qeyd olunan telemetrik stansiyaların məlumatları əsasında qiymətləndirilmə üsulu öyrənilmişdir ki, bu da eninə dalğaların nöqtələrinin trayektoriyasının öyrənilməsinə, onların müxtəlif dərinliklərdə istiqamətlərinin dəyişdirilməsinin təhlil edilməsinə və geoloji mühitin mürəkkəb quruluşunda eninə dalğaların təyin edilməsinin effektivliyinin artırılmasına imkan yaradır. İcraçılar:(g.-m.e.d. Q.C.Yetirmişli, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru I.E.Kazımov)
  • 2. İlk dəfə Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyinini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yer qabığının ədədi sürət modeli tərtib olunmuşdur. İcraçılar: (g.-m.e.d.Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru S.E.Kazımova)
  • 3. İlk dəfə olaraq elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılmışdır. İcraçılar:( g.-m.e.d. Q.C.Yetirmişli, geologiya-minerologiya üzrə fəlsəfə doktoru T.B.Əsədov)
  • 4. Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir və bu həmin zonalarda seysmik aktivliyin senarisinin inkişafını izləməyə imkan verdi. İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, f.-r.e.n. A.Q.Rzayev)
  • 5. İlk dəfə Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında instrumental üsulu ilə, Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürməyin davamlığı, dərinliyi və ayrılan enerjisi təyin olunub. İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, g.-m.f.d. S.E.Kazımova)
  • 6. Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında, ocaq mexanizmlərinin məlumat bazası yaranıb (M≥2,5) və respubllika ərazisinin fərdi seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyyətləri müəyyən olunub.
  • İcraçılar: (g.-m.e.d. Q.C.Yetirmişli, g.-m.f.d. S.E.Kazımova)
  • Qurban Yetirmişli rəhbərlik etdiyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  elmi potensialının və avadanlıq bazasının inkişafı üçün də böyük işlər görüb. Qurban Yetirmişlinin bilavasitə rəhbərliyi altında kompleks seysmoloji-geofiziki tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ilə qədər 14 rəqəmsal stansiyadan ibarət olan seysmoloji müşahidə sistemi genişləndirilərək 84 rəqəmsal stansiyadan ibarət unikal monitorinq sisteminə çevrilib. Bundan başqa, ABŞ-ın “Trimble” şirkəti tərəfindən istehsal olunan cihazlarla təchiz olunmuş 24 yeni GPS, 25 Tiltimetr, 9 maqniometrik, 4 qravimetrik və 6 seysmogeokimyəvi stansiyaları qurulub, iki poliqon üzrə 200 nöqtədə geofiziki tədqiqatlar aparılır.

Elmi əsərləri

  • 1. R.J.Mellors, J.Jackson, S.Myers, R.Gok, K.Priestley, G.Yetirmishli, N.Turkelli, T.Godoladze. Deep Earthquakes beneath the Nothern Caucasus: Evidence of Active or Recent Subduction in Western Asia. Bulletin of the Seismological Society of America, Vol.102, No.2, April 2012, pp.862-866
  • 2. Етирмишли Г.Д., Казымова С.Э. Скоростная модель земной коры Азербайджана по данным цифровых сейсмических станций. Геология и Геофизика Юга России, №1/2012, ISSN 2221-3198, с. 59-73
  • 3. Г.Д.Етирмишли. Развитие сейсмологических и сейсмопрогностических исследований в Азербайджане. Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu, 2012, c. 151-166
  • 4. G.Yetirmishli. Seismological and seismo-predicting research in Azerbaijan. ESC 2012, Book of Abstracts European Seismological Commission 33rd General Assembly 19-24 August 2012 and Young Seismologist Training Course 25-30august 2012, Moscow-Obninsk, Russia, pp. 192-1
  • 5.Г.Д.Етирмишли, Р.Р.Абдуллаева. Кавказ: Азербайджан. Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 79-86
  • 6. Г.Д.Етирмишли, С.Э.Казымова, Э.С.Гаравелиев, С.С.Исмаилова. ЛЕРИКСКОЕ-II ЗЕМЛЕТРЯСЕНИЕ 11 июля 2007 г. с КР=12.3, МW=5.2, I0=6 (Азербайджан). Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 373-384
  • 7. Г.Д.Етирмишли, Э.С.Гаравелиев, Ш.К.Исламова. АХСУИНСКОЕ ЗЕМЛЕТРЯСЕНИЕ 23 августа 2007 г. с КР=11.6, Мs=3.8, I0=5 (Азербайджан). Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 408-414
  • 8. Г.Д.Етирмишли, Э.С.Гаравелиев, З.Г.Аллахвердиева. ТЕРТЕРСКОЕ ЗЕМЛЕТРЯСЕНИЕ 19 сентября 2007 г. с КР=11.7, I0=5 (Азербайджан). Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 415-421
  • 9. Yetirmishli G.J., Mammadli T.Y., Kazimova. S.E. FEATURES OF SEISMICITY OF AZERBAIJAN PART OF THE GREATER CAUCASUS. Journal of Georgian Geophysical Society, Issue (A), Physics of Solid Earth, v. 16a, 2013, pp. 55-60
  • 10. Ад.А.Алиев, И.С.Гулиев, Г.Д.Етирмишли, Н.П.Юсубов. Извержение грязевого вулкана Локбатан 20 сентября 2012г.: Новые свидетельства восполняемости ресурсов углеводородов. Azərbaycan Milli Elmlər Akademiyası XƏBƏRLƏR Yer Elmləri, 2013 № 2, с.18-25
  • 11. G.Skolbeltsyn, R.Mellors, R.Gök, N.Türkelli, G. Yetirmishli, E. Sandvol. Upper Mantle S wave Velocity Structure of the East Anatolian-Caucasus Region. ©2014 American Geophysical Union, doi: 10.1002/2013TC003334

Əlaqə

  • Xidməti tel: (+994 12) 4923437
  • Mobil tel: (+994 50) 2230688
  • Faks: (+994 12) 4921455
  • Elektron poçtu: seys@azeurotel.com
  • Ev telefonu: (+994 12) 5020630