Xəlilov Rahid Süleyman oğlu

Fəlsəfə üzrə elmlər doktoru, Professor
Ümumi məlumat
| Parametr | Məlumat |
|---|---|
| Adı | Xəlilov Rahid Süleyman oğlu |
| Doğum tarixi | 13.08.1954 |
| Doğum yeri | Azərbaycan Respublikası, Masallı rayonu, Kəlbəhüseynli kəndi |
| Təhsil | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
| Elmi dərəcə | Fəlsəfə üzrə elmlər doktoru |
| Elmi rütbə | Professor
|
| Vəzifə | Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi
|
Elmi fəaliyyəti
“Qlobalistika və Sivilizologiya” Elmi Araşdırmalar İctimai Birliyinin sədri
Namizədlik (PhD) dissertasiyası
- İxtisas şifri: 5716.01
- İxtisas: Azərbaycan ədəbiyyatı
- Müdafiə tarixi:
- Mövzu: Müasir Azərbaycan fəlsəfi lirikası
Elmi əsərlərinin sayı
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 215
- Xaricdə çıxmış elmi əsərlərinin sayı: 6
- Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 1
Kadr hazırlığı
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- 1.Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dissertasiya Şurasının üzvü
- 2.Azərbaycan Yazıçılar Birliyinin üzvü
- 3.Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü
- 4.Biokosmologiya Assosiasiyasının Təşkilat Komitəsinin (BKA, Rusiya) üzvü
- 5.Biokosmologiya Assosiasiyasının Asiya üzrə vitse-prezidenti
- 6.“Biokosmologiya – neo-Aristotelizm” (“Biocosmology – neo-аristotelism”) jurnalının Redaksiya Heyətinin üzvü
Pedaqoji və digər fəaliyyəti
Pedaqoji fəaliyyəti
* Qərb Universiteti (2005-2007)
Digər fəaliyyəti
* “Qlobalistika və Sivilizologiya” Elmi Araşdırmalar İctimai Birliyinin sədri
Təltif və mükafatları
- 1. Keçmiş SSRİ Təhsil Nazirliyinin medalı (1990)
- 2. Azərbaycan Respublikası Prezidentinin təqaüdü (2009)
Elmi nailiyyətləri
- Müasir Azərbaycan fəlsəfi poeziyasının tədqiqi
- “Humanitariya metasistemi” təhsil layihəsi
- “Mədəniyyətlərin İpək Yolu” kulturoloji layihəsi
- Harmoniya fəlsəfəsinin sistemli tədqiqi
- Harmoniyanın universal prinsiplərinin təyin edilməsi
- Harmoniya fəlsəfəsinin bəşəriyyətin qlobal problemlərinin sistemli öyrənilməsinin metodoloji əsası kimi konstatasiyası
- Humanitar elmlər sistemində sivilizasiya hadisəsini öyrənən yeni elm sahəsinin – sivilizasiologiyanın nəzəri-konseptual istiqamətinin işlənməsi
- Fəlsəfi-kulturoloji tədqiqatlarda qlobalistik-sivilizasioloji yanaşma prinsiplərinin əsaslandırılması
- Qlobal sivilizasiyaya doğru dünya inkişafının fəlsəfi paradiqmalarının işlənməsi
- Planetar inkişafın diasinxroniya qanunauyğunluğunun konstatasiyası
- Məkanca genişlənmə, zamanca intensivləşmə qanunauyğunluğunun konstatasiyası
- Şərq və Qərb sivilizasiyaları meqasisteminin işlənməsi
- Homouniversalizm konsepsiyasının irəli sürülməsi
- Türk sivilizasiyasının sistemli tədqiqi
- Müasir Azərbaycan tənqidinin sistemli tədqiqi
- Heydər Əliyevin siyasi fəaliyyəti və irsinin qlobal siyasət kontekstində tədqiqi
Elmi əsərləri
- 1.Müasir Azərbaycan fəlsəfi lirikası (rusca) Bakı: Elm, 1985
- 2.Rəsul Rza poeziyası. Bakı: Yazıçı, 1987
- 3.Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002
- 4.Qloballaşma prosesində ABŞ-Türkiyə-Azərbaycan münasibətləri və buna Rusiyadakı fəlsəfi-politoloji yanaşma (türkcə) // 2023 futuroloji dergisi, Ankara, 2003, Dekabr.
- 5.Mədəniyyətlərin İpək Yolu: Azərbaycandan dünya məkanına. Bakı: Təhsil, 2003
- 6.Mədəniyyət və Texnosivilizasiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2003
- 7.Qloballaşma və Türk sivilizasiyası. Bakı: Çaşıoğlu, 2005
- 8.Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm, 2005
- 9.İslam Şərqi və Qərb Renessansı mədəniyyətlərində harmoniya fəlsəfəsi (rusca) // Проблемы восточной философии, 2005-2006, № 1-2
- 10.Sivilizasiologiya yeni elm sahəsi kimi (ingiliscə) // Азербайджан в мире, 2006, № 1
- 11.Qloballaşma və Türk sivilizasiyası (ingiliscə) // Азербайджан в мире, 2006, № 1
- 12.Kainat – Hüceyrə, Hüceyrə – Kainatdır. Bakı: Sabah, 2008
- 13.Qlobal sivilizasiyaya doğru dünya inkişafının paradiqmal düşünülməsi (ingiliscə) // Proceedings of the XXII World Congress of Philosophy. Social and Political Philosophy, 2008, Volume 50, p.321-330
- 14.Homouniversalizm // Third Global Civilization World Congress (Web Conference) (ingiliscə və çincə). http://www.opgc.net/cn/3rd/3rd_World_read2.htm
- 15.Avrasiyanın sivilizasiya təkamülündə türklər (ingiliscə) // Problems of Art and Culture. International Scientific Journal, Baku, 2009, №4 (30)
- 16.Esseistika. Bakı: Avropa, 2009
- 17.Müasir Azərbaycan tənqidi. Bakı: Elm, 2009
- 18.Həyat və düşüncə ritmləri. Bakı: Çaşıoğlu, 2009
- 19.Ustad Rəsul Rza. Fəlsəfə və Poeziya: Dünya və Azərbaycan klassikasında onların vəhdəti. Bakı: Letterpress, 2010
- 20.Harmoniya fəlsəfəsi və Yeni Dünya Nizamının prinsipləri (ingiliscə) // ICCEES VIII World Congress. Eurasia: Prospects for Wider Cooperation. Abstracts. 2010, July 26-31, Stockholm, Sweden, p.129
- 21.Heydər Əliyev və Azərbaycan-Dünya Münasibətləri: siyasətdən mədəniyyətədək. Bakı: İdeal-Print, 2010
- 22.Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi (ingiliscə) // International Journal of Arts and Sciences (IJAS), 2011, Vol. 4, No.23
- 23.Qloballaşma və müasir ədəbiyyatın fəlsəfi-estetik problemləri. Bakı: Qoliaf Qrup, 2012
- 24.Dünya sisteminin harmonik inkişafına metafəlsəfi yanaşma (ingiliscə) / XXIII World Congress of Philosophy, Philosophy as İnquiry and Way of Life. Athens, 4 – 10 August, 2013, School of Philosophy, National & Kapodistrian University of Athens, Greece, p. 338
Əlaqə
- Xidməti tel: (+994 12) 5372433
- Mobil tel: (+994 50) 3709276
- Elektron poçtu: uluselrahid@yahoo.com
- Ev telefonu: (+994 12) 5105257