Mustafayev Tehran Əlişan oğlu

ANAS Wiki saytından
Hasan (müzakirə | töhfələr) (Səhifə "thumb|180x180px|Mustafayev Tehran Əlişan oğlu Filologiya üzrə elmlər doktoru, Professor == Ümumi məlumat == {{Alim_esas | adi=Mustafayev Tehran Əlişan oğlu | dogum_tarixi=16.01.1960 | dogum_yeri=Azərbaycan Respublikası, Bakı şəhəri | tehsil=Azərbaycan Dövlət Universiteti (hazırkı BDU) | elmi_derece=Filologiya üzrə elmlər doktoru | elmi_rutbe=Professor | is_yeri= | vezife=Müstə..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 16:44, 26 aprel 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mustafayev Tehran Əlişan oğlu

Filologiya üzrə elmlər doktoru, Professor

Ümumi məlumat

Parametr Məlumat
Adı Mustafayev Tehran Əlişan oğlu
Doğum tarixi 16.01.1960
Doğum yeri Azərbaycan Respublikası, Bakı şəhəri
Təhsil Azərbaycan Dövlət Universiteti (hazırkı BDU)
Elmi dərəcə Filologiya üzrə elmlər doktoru
Elmi rütbə Professor


Vəzifə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri



Elmi fəaliyyəti

AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü 1993-1994-cü illərdə AMEA “Elm” qəzetində baş redaktor müavini 1996-2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”ndə baş redaktor müavini 2006-cı ildən Tənqid.net jurnalının təsisçisi və baş redaktoru

Namizədlik (PhD) dissertasiyası

  • İxtisas şifri: 5716.01
  • İxtisas: Azərbaycan ədəbiyyatı
  • Müdafiə tarixi:
  • Mövzu: Azərbaycan sovet ədəbi tənqidində üslub müxtəlifliyi (1960-1980-ci illər)

Doktorluq dissertasiyası

  • İxtisas şifri: 5716.01
  • İxtisas: Azərbaycan ədəbiyyatı
  • Müdafiə tarixi:
  • Mövzu: XX əsr Azərbaycan nəsrinin poetikası

Müxbir üzv seçilməsi

  • Tarix: 2017
  • Sahə: Ədəbiyyatşünaslıq


Elmi əsərlərinin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 160
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 6



Kadr hazırlığı

  • Fəlsəfə doktorlarının sayı: 1


Pedaqoji və digər fəaliyyəti

Pedaqoji fəaliyyəti
* 34 illik pedaqoji staj. 2001-ci ildən Bakı Slavyan Universitetində, İctimai-siyasi Universitetdə, Bakı Qızlar Universitetində Azərbaycan ədəbiyyatı tarixi fənnindən müəllim

Digər fəaliyyəti
* AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü

  • 1993-1994-cü illərdə AMEA “Elm” qəzetində baş redaktor müavini
  • 1996-2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”ndə baş redaktor müavini
  • 2006-cı ildən Tənqid.net jurnalının təsisçisi və baş redaktoru


Elmi nailiyyətləri

  • 1. XX əsr Azərbaycan nəsrinin tipologiyası və poetikasını sistemli şəkildə araşdırmış, ilk dəfə olaraq milli nəsri bütövlükdə - təşəkkülü, inkişaf tendensiyaları, üslub və təmayülləri ilə dünya ədəbiyyatı kontekstində təhlil etmişdir.
  • 2. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü, inkişafı, müasir dünyaya inteqrasiya problemlərini araşdırmış, təsnifat və səciyyəsini vermişdir. Müasir ədəbi-bədii prosesin funksional analizi və elmi dəyərləndirilməsi istiqamətində uğurlar qazanmışdır.
  • 3. Müasir Azərbaycan ədəbi tənqidinin formalaşması, üslub və təmayüllərini araşdırmış, elmi təsnifatını vermişdir. Milli ədəbi tənqid təcrübəsinin müasir ədəbi prosesə təsir imkanlarını öyrənmiş, “Tənqid.net” adlı jurnal təsis etmişdir.

Elmi əsərləri

  • 1. XX əsr Azərbaycan nəsrinin poetikası. Bakı: Elm, 2006
  • 2. Milli nəsrdə Azərbaycan obrazı (tarix və müasirlik kontekstində). Bakı: Elm və təhsil, 2017
  • 3. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı (1990-cı illər). Bakı: Qanun, 2013
  • 4. Müstəqillik körpüsünü keçənlər. Bakı: Elm və təhsil, 2015
  • 5. Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu. Bakı: Elm, 1996
  • 6. Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası). Bakı: Elm, 1999
  • 7. Azərbaycan nəsri sosializm realizmi çevrəsində. Bakı: Elm, 1999
  • 8. Azərbaycan yeni nəsri. Bakı: Elm, 1999
  • 9. Azərbaycan, Azərbaycan. Bakı: Nurlan, 2005
  • 10. Əjdər Olun könül savaşı. Bakı: Nurlar, 2008
  • 11. Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi. Bakı: AzAtaM, 2009
  • 12. Nəsrdə Qarabağ müharibəsinin aspektləri. Bakı: BQU nəşriyyatı, 2013

Əlaqə

  • Xidməti tel: (+994 12) 5370171
  • Mobil tel: (+994 50) 6419827
  • Elektron poçtu: tehran2006@yandex.ru
  • Ev telefonu: (+994 12) 4273193