Şəkixanova Mətanət Məmməd qızı

Fəlsəfə üzrə fəlsəfə doktoru, Dosent
Ümumi məlumat
| Parametr | Məlumat |
|---|---|
| Adı | Şəkixanova Mətanət Məmməd qızı |
| Doğum tarixi | 16.10.1963 |
| Doğum yeri | Qəbələ şəhəri |
| Təhsil | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
| Elmi dərəcə | Fəlsəfə üzrə fəlsəfə doktoru |
| Elmi rütbə | Dosent
|
| Vəzifə | Böyük elmi işçi
|
Elmi fəaliyyəti
Azərbaycan dövlət televiziyasının (AzTV, İTV, Mədəniyyət TV, ANS TV) və radiosunun efirindən müxtəlif mövzularda tez-tez (50 dən artıq verlişdə) ekspert kimi dəvət olunmuş, cəmiyyəti narahat edən problemlərə dair çıxışlar etmişəm. 1918-ci ildən AMEA-nın Qadın komitəsinin Fəlsəfə İnstitutundakı bölməsinin üzvüyəm. Hazırda AyTV-nin nəzdində fəaliyyət göstərən “Sizə xanımlıq yaraşır” və Xəzər TV-nin nəzdində “Səni axtarıram” verlişlərinin rəsmi ekspertiyəm.
Namizədlik (PhD) dissertasiyası
- İxtisas şifri: Təriqət fəlsəfəsi
- İxtisas: 09.00.03
- Müdafiə tarixi:
- Mövzu: Fəlsəfə tarixi Islamın təriqət fəlsəfəsi (sufizm)
Elmi əsərlərinin sayı
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 605
Kadr hazırlığı
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- “Miras” mədəni irsin qorunmasına kömək ictimai birliyi”-nin, Xəzər Unversitetində fəaliyyət göstərən “Elm və Sənət” məclisinin üzvü, “Bilik fondunun mühazirəçilərindən biri. AMEA Fəlsəfə İnstitutunun qadınlar şurasının üzvüyəm.
Pedaqoji və digər fəaliyyəti
Pedaqoji fəaliyyəti
* Nizami rayon “Gənc texniklər dərnəyi”ndə dərnək rəhbəri (1992-1996), Moskva Dövlət Universitetinin Bakıdakı “Müasir Humanitar Universiteti” adlı filialında fəlsəfi fənləri tədris edən müəllimə (1996-2000), Bakı Qızlar Universitetində (2003- 2010-cu illər), Tusi adına Azərbaycan Pedaqoji Universitetində müəllimə (2006-2007, 2008-2009, 2014-15, 2015-16 azərbaycan və rus bölmələrində) və Bakı Dölət Universitetində (2012-2013 “sosial elmlər fakultəsinin” maqistraturasının rus bölməsində) müəllimə. Hazırda Bakı Qızlar Universitetinin dosenti.
Digər fəaliyyəti
* Azərbaycan dövlət televiziyasının (AzTV, İTV, Mədəniyyət TV, ANS TV) və radiosunun efirindən müxtəlif mövzularda tez-tez (50 dən artıq verlişdə) ekspert kimi dəvət olunmuş, cəmiyyəti narahat edən problemlərə dair çıxışlar etmişəm. 1918-ci ildən AMEA-nın Qadın komitəsinin Fəlsəfə İnstitutundakı bölməsinin üzvüyəm. Hazırda AyTV-nin nəzdində fəaliyyət göstərən “Sizə xanımlıq yaraşır” və Xəzər TV-nin nəzdində “Səni axtarıram” verlişlərinin rəsmi ekspertiyəm.
Təltif və mükafatları
- 1.1983-cü ildə “Şərq fəlsəfəsində hissi və məntiqi idrakın vəhdəti” mövzusunda yazdığım kiçik həcmli tədqiqat işinə görə tələbələrin ÜLKGİ-nin I dərəcəli diplomu ilə təltif olunmuşam.
- 2.1984-cü ildə “Azərbaycanda kürəbənd sisteminin naliyyətləri” mövzusunda yazdığım avtoreferata görə yenə ÜLKGİ –nin birinci dərəcəli diplomu və pul mükafatı ilə təltif olunmuşam (AzMİU-də)
- 3.2013-cü ildə “Əsrin ziyalıları” xeyriyyə cəmiyyəti həmin ildə YUNESKO, Fəlsəfə və Hüquq İnstitutu eləcə də Mədəniyyət nazirliyinin birgə layihəsi olan “Xəlvətiyyənin II piri Seyyid Yəhya Bakuvinin 550-illiyi”nə həsr olunmuş tədbirlərdə yaxından iştirakıma və layihənin məzmununu layiqincə işıqlandırdığıma görə məni “ilin ən yaxşı vətənpərvəri” mükafatı ilə təltif etmişdir.
- 4. 2019 ilin başlanğıcında “Əsrin ziyalıları” cəmiyyəti pedaqoji fəaliyyətimin 25, elmi fəaliyyətimin 20 ilinin tamam olması münasibəti ilə, həmçinin Respublikanın qəzet, jurnal və TV kanallarındakı fəaliyyətimi dəyərləndirərək. “İlin zəhmətkeş ziyalısı” adı ilə təltif etmişdir.
- 5. İştirak etdiyim Beynəlxalq və Respublika əhəmiyyətli konfransların çoxlu sayda sertifikatları ilə mükafatlandırılmışam.
Elmi nailiyyətləri
- 2006-cı ildə müdafiə etdiyim dissertasiya işindən aldığım nəticələr konkret olaraq işin nəticə hissəsində açıqlanmışdır. Dissertasiya işinin mövzusu isə AМЕA-nın Fəlsəfə və Siyasi-Hüquqi tədqiqatlar İnstitutunun “Elmi Şurasının” mart 2007-ci il tarixli iclasının 2 saylı protokoluna əsasən çap olunmuşdur.
- Yalnız bu tədqiqat işimin deyil həm də son (təxminən 10 illik bir müddətin) tədqiqatlarımın nəticələri Bakı Qızlar Universitetinin təqdimatı ilə mətbəədə çapa yığılmışdır. Cəmi tədqiqatlarımdan əldə etdiyim nəticələr ali məktəb auditoriyalarında oxuduğum mühazirələrdə, tərtib etdiyim dərs proqramlarında, çapdan çıxan əsərlərimdə və müxtəlif ictimai auditoriyalarda etdiyim çıxışlarımda öz əksini tapmışdır.
Elmi əsərləri
- 1. Sufizm fəlsəfəsinin “Kamil İnsan” konsepsiyası, Bakı, Təknur, 2007. 178 səh.
- 2. XIX əsrin dünya fəlsəfi fikr tarixində xarakterik xüsusiyyətləri və bu əsrdə yaşamış azərbaycanlı nəqşıbəndi şeyxi Mir Həmzə Nigari. (I Beynəlxalq Mir Həmzə Nigari konfransı), Türkiyə, Amasya, 2012.
- 3.Türkçülük mücadiləsini formalaşdıran zamana və Mehmet Akif şəxsiyyətinə əsrimizdən yenidən dini-fəlsəfi bir baxış. Türk dünyasını işıqlandıranlar. M.Akif Ersoy və H. Cavid. Beynəlxalq konfransın materialları, Bakı, 2013.
- 4.Türkçülük hərəkatının görkəmli nümayəndəsi Musa Cərulla Bigiyevin dini-fəlsəfi görüşlərinə dair. (İlahiyyatçı modernistin “İslamın Əlifbası” və “Türkiyə Böyük Millət Məclisinə müraciət” əsərlərinin əsasında) Bakı, Тəknur. 2012...
- 5. Son 10 ilə yaxın müddət ərzində mən maarifçilərin, sufizm fəlsəfəsi üzərində öz azadfikirlilik fəlsəfələrini quran cədidçilərin dini-fəlsəfi irsini araşdırmaqla məşğul oluram. Bu dini-fəlsəfi düşüncəyə malik olan türk dünyası filosoflarının (tatarların, Türkiyə türklərinin, azərbaycanlıların) yaradıcılığına və fəaliyyətinə həsr olunmuş 20-yə yaxın məqaləm dərc olunmuşdur. Bu məqalələr ilk reformatorumuz Abbasqulu ağa Bakıxanovun, tatarların ilk cədidçisi Əbu-n-Nəsr Kürsəvinin, türklərin istiqlal marşı şairi Mehmet Akifin, vətən, millət sevgisini aşılayan Namik Kamalın, türklərin ilk fundamental sosioloqu Ziya Göyalpın yaradıcılığına həsr olunan həcmli yazılardır. Bu yazılar mənim “Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” adlı ikinci kitabımın əsasını təşkil edərək çapa imzalanmışdır.
Əlaqə
- Xidməti tel: (+994 12) 5380314
- Mobil tel: (+994 55) 7196965
- Elektron poçtu: metanet.shekihanova@mail.ru
- Ev telefonu: (+994 12) 4934826