Həmidov İmamverdi Yavər oğlu
Naviqasiyaya keç
Axtarışa keç

Filologiya üzrə elmlər doktoru, professor
Ümumi məlumat
| Parametr | Məlumat |
|---|---|
| Adı | Həmidov İmamverdi Yavər oğlu |
| Doğum tarixi | 01.01.1941 |
| Doğum yeri | Azərbaycan Respublikası, Masallı rayonu, Bala Kolatan kəndi |
| Təhsil | Bakı Dövlət Universiteti |
| Elmi dərəcə | Filologiya üzrə elmlər doktoru |
| Elmi rütbə | professor
|
| Vəzifə | Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri
|
Elmi fəaliyyəti
1994-1997 – “ Nizami Gəncəvi” jurnalının ədəbiyyat şöbəsinin müdiri
Namizədlik (PhD) dissertasiyası
- İxtisas şifri: 5718.01
- İxtisas: Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)
- Müdafiə tarixi:
- Mövzu: İbn Quteybə Dinəvəri. Həyatı, şuubiyyə, “adab” və ədəbi tənqidə aid əsərləri
Doktorluq dissertasiyası
- İxtisas şifri: 5716.01;5718.01
- İxtisas: Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)
- Müdafiə tarixi:
- Mövzu: Azərbaycan ədəbiyyatı klassiklərinin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi problemleri
Elmi əsərlərinin sayı
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 99
- Xaricdə çıxmış elmi əsərlərinin sayı: 29
- Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 8
Kadr hazırlığı
- Fəlsəfə doktorlarının sayı: 5
- Elmlər doktorlarının sayı: 2
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- 1 AMEA Nizami adına Ədəbiyyat institutundakı D 01.131-Dissertasiya şurasının üzvü və elmi katibi
- 2. AMEA Nizami adına Ədəbiyyat institutunun Elmi Şurasının üzvü
- 3.Filologiya elmləri üzrə Problem Şurasının üzvü.
Pedaqoji və digər fəaliyyəti
Pedaqoji fəaliyyəti
* 1993-2011 - Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı müəllimi
- 1997-2006 – Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı müəllimi
- 1999-2010 – Bakıdakı Misir Mədəniyyət Mərkəzində ərəb dili müəllimi
Digər fəaliyyəti
* 1994-1997 – “ Nizami Gəncəvi” jurnalının ədəbiyyat şöbəsinin müdiri
Təltif və mükafatları
- 2004 və2013 – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin Fəxri fərmanı
Elmi nailiyyətləri
- 1.IX əsr filoloqu İbn Kuteybə Dinəvərin ədəbi tənqid, ”adab” və şuubiyyəyə aid əsərləri müasir ədəbiyyatşünaslıq baxışları ilə elmi təhlildən keçirilmiş və dəyərləndirilmişdir.
- 2. Nizamiinin “Leyli və Məcnun” poemasının yazılı qaynaqlarından biri “Əxbarul-Məcnun va əşaruhu” əsərinin müəllifi Əbu Bəkr Valibinin yaşadığı dövrün X əsrlə bağlanması və onun Azərbaycanlı olması sübut edilir.
- 3.İlk dəfə ərəbcə yazmış Azərbaycanlı şairlər Ömər Gənci (XI əsr), İskafi Zəncani və Məğlisi Marağainin (X-XI əsrlər) poetik irsi ortalığa çıxarılmış və öyrənilmişdir.
- 4. Azərbaycan klassikləri, Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzuli irsini araşdımış ərəb alimləri Məhəmməd Quneymi Hilal, Əbdunueym Həsəneyn, Hüseyn Mucib əl- Misri, Səid Camaləddin, Məhəmməd Cuma və başqalarının tədqiqatları dünya və Azərbaycan ədəbiyyatşünaslığının baxışları əsasında dəyərləndirilmiş, yanlış fikirləri göstərilmişdir.
- 5. Ərəb alimləri Nasr Abbas və Fatimə əl-Məvafi ilə birlikdə ərəb dilində nəşr etdiyi “Əl-ədəbul-azəri” (“Azərbaycan ədəbiyyatı”) kitabında Azərbaycan ədəbiyyatının başlanğıcdan XX əsrin ortalarına qədər inkişaf istiqamətləri və yaradıcılıq metodlarını ümumiləşdirmiş və bədii material əsasında izah etmişdir.
Elmi əsərləri
- 1. İbn Kuteybə Dinəvəri. Bakı, 1998, 144 s. (rus dilində)
- 2. Əbu Bəkr əl-Valibi və onun “Əxbarul-Məcnun va əşaruhu” əsəri, Bakı, Elm, 1999, 145 s.
- 3. Azərbaycan -ərəb ədəbi əlaqələrindən səhifələr. Bakı. Elm, 2002, 210 s.
- 4. Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında, Bakı, Elm, 2007, 214 s.
- 5. Əli İbn Əbi Talibin divanı. Ərəb dilində filoloji tərcümə (M.V.Muxtari ilə birlikdə), Bakı, 2001, 168 s.
- 6.Əl-ədəbul-azəri (Azərbaycan ədəbiyyatı), (Nasr Abbas və əl-Məvafi ilə birgə), Əbu Dabi, 2013, 250 s. (ərəb dilində).
Əlaqə
- Xidməti tel: (+994 12) 5103425
- Mobil tel: (+994 50) 3664062
- Faks: (+994 12) 5102092
- Elektron poçtu: mamverdi.hamidov@mail.ru
- Ev telefonu: (+994 12) 4415478