Qəhrəmanov Səbuhi Adil oğlu

ANAS Wiki saytından
Naviqasiyaya keç Axtarışa keç
Qəhrəmanov Səbuhi Adil oğlu

Filologiya üzrə fəlsəfə doktoru,

Ümumi məlumat

Parametr Məlumat
Adı Qəhrəmanov Səbuhi Adil oğlu
Doğum tarixi 21.09.1988
Doğum yeri Azərbaycan, Bərdə şəhəri
Təhsil Bakı Dövlət Universiteti; Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası; Azərbaycan Dillər Universiteti;
Elmi dərəcə Filologiya üzrə fəlsəfə doktoru



Vəzifə Direktor



Elmi fəaliyyəti

Avropa Elmi Redaktorlar Assosiasiyasında (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədridir. “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) sədridir.

Namizədlik (PhD) dissertasiyası

  • İxtisas şifri: 5716.01
  • İxtisas: Azərbaycan ədəbiyyatı
  • Müdafiə tarixi:
  • Mövzu: Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)




Elmi əsərlərinin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 25
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 5
  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 3


Kadr hazırlığı

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının üzvüdür (2020);
  • Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədridir (2023);
  • Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının üzvüdür (2023);
  • AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının məsul katibi (2025);

Pedaqoji və digər fəaliyyəti

Digər fəaliyyəti
* Avropa Elmi Redaktorlar Assosiasiyasında (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədridir.

  • “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) sədridir.

Təltif və mükafatları

  • "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı (2021),
  • "Ağamusa zirvəsi" diplomu (2021),
  • "Əkinçi" milli mükafatı (2022)
  • Naşiri olduğu kitab Bişkek şəhərində "Kitab sənəti" adlı beynəlxalq müsabiqəsində “Elm və təhsil” nominasiyası üzrə I yerə layiq görülüb (2022),
  • AMEA-nın Fəxri diplomu (2023).

Elmi nailiyyətləri

  • 1.1920-1930-cu illər Azərbaycan ədəbiyyatının ayrıca mərhələ kimi dövrləşdirilməsini elmi obyektivlik mövqeyindən dəyərləndirmişdir;
  • 2.Bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsirini, ədəbi prosesin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatlarını və mətbuatının rolunu araşdırmışdır;
  • 3.Romantizm, maarifçi və tənqidi realizm ədəbi cərəyan və yaradıcılıq metodlarının sosrealizm dövrünün ədəbi prosesinə təsirini araşdırmışdır;
  • 4.Azərbaycan ədəbiyyatında sosializm realizmi metodunun formalaşma prosesini öyrənmişdir.

Elmi əsərləri

  • 1. "Azərbaycan mətbuatının inkişaf mərhələləri (Sovet dövrü)". Bakı: “Sabah”, 2016 (həmmüəllifli)
  • 2. "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20–30-cu illəri)". Bakı: "Elm", 2022

Əlaqə

  • Xidməti tel: (+994 12) 5397891
  • Mobil tel: +994 55 620 40 31
  • Elektron poçtu: gahramanovsabuhi@gmail.com