Qasımov Ələkbər Məmməd oğlu

ANAS Wiki saytından
Naviqasiyaya keç Axtarışa keç
Qasımov Ələkbər Məmməd oğlu

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent

Ümumi məlumat

Parametr Məlumat
Adı Qasımov Ələkbər Məmməd oğlu
Doğum tarixi 21.07.1959
Doğum yeri Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri
Təhsil Azərbaycan Dövlət İncəsənət İnstitutu-indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Elmi dərəcə Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Elmi rütbə Dosent


Vəzifə Elmi katib



Elmi fəaliyyəti

1981-2008-ci illərdə: Naxçıvan MSSR Mədəniyyət Nazirliyində inspektor, baş inspektor; Həmin nazirliyin Elmi-Metodiki Mərkəzində direktor müavini və eyni zamanda Naxçıvan Dövlət Teleradiosunun diktoru; Naxçıvan Dövlət Kukla Teatrında bədii rəhbər–direktor; 1996-cı ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı; Naxçıvan MR Nazirlər Kabinetində mədəniyyət, təhsil, səhiyyə və sosial məsələlər şöbəsi müdirinin müavini; Naxçıvandakı “Kanal 35” Televiziyasında dublyaj rejissoru, burada hazırlanan “Hərb tariximizdə Heydər Əliyev fenomeni” adlı sənədli filmin quruluşçu rejissoru (2008). “Bakinski raboçi” qəzetinin bölgə müxbiri. 2000-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrı Bədii Şurasının üzvü. Burada hazırlanan M. Quliyevin “Qarğanın iflası” tamaşasının quruluşçu rejissoru (1998), Ç. Aytmatovun “Manqurt” (2013) və H. İbsenin “Kuklalar evi” (2014) tamaşalarının elmi məsləhətçisi; 2010-cu ildən Naxçıvan Dövlət Uşaq Teatrının və 2017-ci ildən Naxçıvan Dövlət Kukla Teatrının Bədii Şura üzvü. 2009-2019-cu illərdə AMEA Naxçıvan Bölməsinin İncəsənət , Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi. Eyni zamanda “Respublika” qəzetinin bölgə müxbiri. Yeni Azərbaycan Partiyasının, Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvü.

Namizədlik (PhD) dissertasiyası

  • İxtisas şifri: 6212.01
  • İxtisas: Teatr sənəti
  • Müdafiə tarixi:
  • Mövzu: Naxçıvan Teatrında tərcümə əsərlərinin səhnə təcəssümü




Elmi əsərlərinin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 60
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 11
  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 29


Kadr hazırlığı

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • 2019-cu ildən Azərbaycan Respublikası Elmi Əlaqələndirmə Şurası yanında Sənətşünaslıq və Memarlıq Problemləri üzrə Elmi Şuranın üzvü

Pedaqoji və digər fəaliyyəti

Pedaqoji fəaliyyəti
* 1988-89-cu tədris ilində Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Kolleci) xanəndəlik şöbəsində aktyor sənəti müəllimi;

  • 2012-ci ildən Naxçıvan Dövlət Universitetinin teatr və mədəniyyətşünaslıq kafedrasında səhnə danışığı müəllimi.

Digər fəaliyyəti
* 1981-2008-ci illərdə: Naxçıvan MSSR Mədəniyyət Nazirliyində inspektor, baş inspektor;

  • Həmin nazirliyin Elmi-Metodiki Mərkəzində direktor müavini və eyni zamanda Naxçıvan Dövlət Teleradiosunun diktoru;
  • Naxçıvan Dövlət Kukla Teatrında bədii rəhbər–direktor;
  • 1996-cı ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı;
  • Naxçıvan MR Nazirlər Kabinetində mədəniyyət, təhsil, səhiyyə və sosial məsələlər şöbəsi müdirinin müavini;
  • Naxçıvandakı “Kanal 35” Televiziyasında dublyaj rejissoru, burada hazırlanan “Hərb tariximizdə Heydər Əliyev fenomeni” adlı sənədli filmin quruluşçu rejissoru (2008). “Bakinski raboçi” qəzetinin bölgə müxbiri.
  • 2000-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrı Bədii Şurasının üzvü. Burada hazırlanan M. Quliyevin “Qarğanın iflası” tamaşasının quruluşçu rejissoru (1998), Ç. Aytmatovun “Manqurt” (2013) və H. İbsenin “Kuklalar evi” (2014) tamaşalarının elmi məsləhətçisi;
  • 2010-cu ildən Naxçıvan Dövlət Uşaq Teatrının və 2017-ci ildən Naxçıvan Dövlət Kukla Teatrının Bədii Şura üzvü.
  • 2009-2019-cu illərdə AMEA Naxçıvan Bölməsinin İncəsənət , Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi. Eyni zamanda “Respublika” qəzetinin bölgə müxbiri.
  • Yeni Azərbaycan Partiyasının, Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvü.


Elmi nailiyyətləri

  • Naxçıvan Teatrının 1986-cı ildə təhrif olunmuş yaranma tarixilə bağlı əsaslı araşdırmalar aparmaqla tutarlı faktlar və sənədlər əsasında əsl yaranma tarixini (mart 1883-cü il) elmi şəkildə bərpa edərək onun dövlət səviyyəsində dəstəklənməsinə nail olunması (mart 2006-cı il).

Elmi əsərləri

  • 1.“Naxçıvan Teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” (monoqrafiya). Bakı: AFpoliqrAF, 2016, 176 s.
  • 2.““Cavid” Poeziya Teatrı (1982-1989)”. Bakı: AFpoliqrAF, 2017, 84 s.
  • 3.“Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası–20”. Bakı: Avropa, 2018, 144 s.

Əlaqə

  • Xidməti tel: (+994 36) 5445497
  • Mobil tel: (+994 50) 7294499; (+994 55) 2594499
  • Faks: (+994 36) 5504499
  • Elektron poçtu: elekber.q@mail.ru
  • Ev telefonu: (+994 36) 5504499