SSRİ EA-nın Azərbaycan filialı (film, 1943)

ANAS Wiki saytından
Naviqasiyaya keç Axtarışa keç

Məzmun

Filmdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaranmasından, burada Azərbaycanın tarixi abidələrinin qorunması üçün görülən işlərdən danışılır.

Akademiyanın iclas salonunda akademik Heydər Hüseynov çıxış edir. Burada coğrafiya bölməsi elmi işçilərinin, botanika bağı, fizika, kimya, tibb və incəsənət bölmələrinin işləri göstərilir.

Filmdə Samur-Dəvəçi kanalı və Kirov adına körfəz də öz əksini tapmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Seyfulla Bədəlov, Vladimir Yeremeyev
Operator: Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Leonid Koretski, Kazım Həsənov
Musiqi tərtibatı: M.Rayev
Səs operatoru: Əziz Şeyxov

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.

Xarici keçidlər