SSRİ EA-nın Azərbaycan filialı (film, 1943)
Naviqasiyaya keç
Axtarışa keç
Məzmun
Filmdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaranmasından, burada Azərbaycanın tarixi abidələrinin qorunması üçün görülən işlərdən danışılır.
Akademiyanın iclas salonunda akademik Heydər Hüseynov çıxış edir. Burada coğrafiya bölməsi elmi işçilərinin, botanika bağı, fizika, kimya, tibb və incəsənət bölmələrinin işləri göstərilir.
Filmdə Samur-Dəvəçi kanalı və Kirov adına körfəz də öz əksini tapmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Seyfulla Bədəlov, Vladimir Yeremeyev
- Operator: Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Leonid Koretski, Kazım Həsənov
- Musiqi tərtibatı: M.Rayev
- Səs operatoru: Əziz Şeyxov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.