Zərbəliyev Həbib Məmməd oğlu
Naviqasiyaya keç
Axtarışa keç

Filologiya üzrə elmlər doktoru, Professor
Ümumi məlumat
| Parametr | Məlumat |
|---|---|
| Adı | Zərbəliyev Həbib Məmməd oğlu |
| Doğum tarixi | 24.09.1953 |
| Doğum yeri | Azərbaycan Respublikası, Salyan rayonu |
| Təhsil | Sankt-Peterburq Dövlət Universiteti |
| Elmi dərəcə | Filologiya üzrə elmlər doktoru |
| Elmi rütbə | Professor
|
| Vəzifə | baş mütəxəssis, şöbə müdiri
|
Elmi fəaliyyəti
-2001-2002-ci illərdə Malayziyanın Dil və Ədəbiyyat İnstitutunda elmi tədqiqat fəaliyyəti, -2008 və 2009-cu illərdə Malayziyanın Baş nazirinin təsis etdiyi mükafat uğrunda tələbələr arasında malay və İndoneziya dilləri üzrə keçirilmiş beynəlxalq müsabiqələrdə münsiflər heyətinin üzvü
Namizədlik (PhD) dissertasiyası
- İxtisas şifri: 10.02.20
- İxtisas: Asiya və Afrika xalqlarının və Amerika və Avstraliya aborigenlərinin dilləri
- Müdafiə tarixi:
- Mövzu: Avstroneziya dillərində saylar (dil say sistemləri)
Doktorluq dissertasiyası
- İxtisas şifri: 5704.01
- İxtisas: Dilçilik nəzəriyyəsi
- Müdafiə tarixi:
- Mövzu: Sayların və say konstruksiyalarının tipologiyası
Elmi əsərlərinin sayı
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 62
- Xaricdə çıxmış elmi əsərlərinin sayı: 17
Kadr hazırlığı
- Fəlsəfə doktorlarının sayı: 1
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- 1. Beynəlxalq Malay dili Məclisinin üzvü (Kuala Lumpur, Malayziya),
- 2. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü,
- 3. Bakı Slavyan Universitetinin nəzdindəki İxtisaslaşdırılmış müdafiə şurasının üzvü
Pedaqoji və digər fəaliyyəti
Pedaqoji fəaliyyəti
* -1985-1989: Sankt-Peterburq Dövlət Universitetinin Şərq faküləsində İndoneziya dilinin tədrisi,
- -1994-2001: Bakı Asiya Universitetində İndoneziya dilinin tədrisi,
- -1989-1991: Hollandiyanın Leyden Universitetində İndoneziya və Azərbaycan dillərinin tədrisi (fasilələrlə),
- -1991-1999: Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Azərbaycan dilinin tədrisi,
- -2000-2007: Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dilinin tədrisi və Azərbaycan dili kafedrasının müdirliyi,
- -2006-cı ildən Azərbaycan Dillər Universitetində Dilçiliyə giriş, Ümumi dilçilik, İndoneziya dili, İndoneziya ədəbiyyatı və İndoneziyanın etnoqrafiyası fənlərinin tədrisi
Digər fəaliyyəti
* -2001-2002-ci illərdə Malayziyanın Dil və Ədəbiyyat İnstitutunda elmi tədqiqat fəaliyyəti,
- -2008 və 2009-cu illərdə Malayziyanın Baş nazirinin təsis etdiyi mükafat uğrunda tələbələr arasında malay və İndoneziya dilləri üzrə keçirilmiş beynəlxalq müsabiqələrdə münsiflər heyətinin üzvü
Təltif və mükafatları
- 1. İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Mədəniyyət sahəsində xidmətlərinə görə" ordeni (Tanda Kehormatan Satyalancana Kebudayaan),
- 2.İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun 15 avqust 2009-cu il tarixli sərəncamı ilə
- "Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni" (Bintang Jasa Pratama)
Elmi əsərləri
- 1. Язык минангкабау. М.: Наука, 1987 (monoqrafiya.)
- 2. Типология числительных и числовых конструкций. Баку: Азия, 1997 (monoqrafiya.),
- 3. Müasir İndoneziya ədəbiyyatı antologiyası. Bakı: Asiya, 1997 (dərs vəsaiti).
Əlaqə
- Xidməti tel: (+994 12) 5370446
- Mobil tel: (+994 50) 4935885
- Elektron poçtu: zarbaliyev@azdata.net zarbaliyev_habib3@yahoo.com
- Ev telefonu: (+994 12) 4498091