Həmidov İmamverdi Yavər oğlu

ANAS Wiki saytından
Hasan (müzakirə | töhfələr) (Səhifə "thumb|180x180px|Həmidov İmamverdi Yavər oğlu Filologiya üzrə elmlər doktoru, professor == Ümumi məlumat == {{Alim_esas | adi=Həmidov İmamverdi Yavər oğlu | dogum_tarixi=01.01.1941 | dogum_yeri=Azərbaycan Respublikası, Masallı rayonu, Bala Kolatan kəndi | tehsil=Bakı Dövlət Universiteti | elmi_derece=Filologiya üzrə elmlər doktoru | elmi_rutbe=professor | is_yeri= | vezife=Qədim..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 16:42, 26 aprel 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Həmidov İmamverdi Yavər oğlu

Filologiya üzrə elmlər doktoru, professor

Ümumi məlumat

Parametr Məlumat
Adı Həmidov İmamverdi Yavər oğlu
Doğum tarixi 01.01.1941
Doğum yeri Azərbaycan Respublikası, Masallı rayonu, Bala Kolatan kəndi
Təhsil Bakı Dövlət Universiteti
Elmi dərəcə Filologiya üzrə elmlər doktoru
Elmi rütbə professor


Vəzifə Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri



Elmi fəaliyyəti

1994-1997 – “ Nizami Gəncəvi” jurnalının ədəbiyyat şöbəsinin müdiri

Namizədlik (PhD) dissertasiyası

  • İxtisas şifri: 5718.01
  • İxtisas: Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)
  • Müdafiə tarixi:
  • Mövzu: İbn Quteybə Dinəvəri. Həyatı, şuubiyyə, “adab” və ədəbi tənqidə aid əsərləri

Doktorluq dissertasiyası

  • İxtisas şifri: 5716.01;5718.01
  • İxtisas: Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)
  • Müdafiə tarixi:
  • Mövzu: Azərbaycan ədəbiyyatı klassiklərinin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi problemleri



Elmi əsərlərinin sayı

  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 99
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 29
  • Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 8


Kadr hazırlığı

  • Fəlsəfə doktorlarının sayı: 5
  • Elmlər doktorlarının sayı: 2

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • 1 AMEA Nizami adına  Ədəbiyyat institutundakı D 01.131-Dissertasiya şurasının üzvü və elmi katibi
  • 2. AMEA Nizami adına  Ədəbiyyat institutunun Elmi Şurasının üzvü
  • 3.Filologiya elmləri üzrə Problem Şurasının üzvü.

Pedaqoji və digər fəaliyyəti

Pedaqoji fəaliyyəti
* 1993-2011 - Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı müəllimi

  • 1997-2006 – Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı müəllimi
  • 1999-2010 – Bakıdakı Misir Mədəniyyət Mərkəzində ərəb dili müəllimi

Digər fəaliyyəti
* 1994-1997 – “ Nizami Gəncəvi” jurnalının ədəbiyyat şöbəsinin müdiri

Təltif və mükafatları

  • 2004 və2013 – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin Fəxri fərmanı

Elmi nailiyyətləri

  • 1.IX əsr filoloqu İbn Kuteybə Dinəvərin ədəbi tənqid, ”adab” və şuubiyyəyə aid əsərləri müasir  ədəbiyyatşünaslıq baxışları ilə elmi təhlildən  keçirilmiş və dəyərləndirilmişdir.
  • 2. Nizamiinin “Leyli və Məcnun”  poemasının yazılı qaynaqlarından biri “Əxbarul-Məcnun va əşaruhu” əsərinin müəllifi  Əbu Bəkr Valibinin yaşadığı dövrün X əsrlə bağlanması və onun  Azərbaycanlı olması sübut edilir.
  • 3.İlk dəfə ərəbcə yazmış  Azərbaycanlı şairlər Ömər Gənci (XI əsr), İskafi Zəncani və Məğlisi  Marağainin (X-XI əsrlər) poetik irsi ortalığa çıxarılmış və öyrənilmişdir.
  • 4. Azərbaycan klassikləri, Xaqani Şirvani, Nizami Gəncəvi  və  Məhəmməd Füzuli irsini araşdımış  ərəb alimləri Məhəmməd Quneymi Hilal, Əbdunueym Həsəneyn, Hüseyn Mucib əl- Misri, Səid Camaləddin, Məhəmməd Cuma və başqalarının tədqiqatları dünya və Azərbaycan ədəbiyyatşünaslığının baxışları əsasında dəyərləndirilmiş, yanlış fikirləri göstərilmişdir.
  • 5. Ərəb alimləri Nasr Abbas və Fatimə əl-Məvafi ilə birlikdə ərəb dilində nəşr etdiyi “Əl-ədəbul-azəri” (“Azərbaycan ədəbiyyatı”) kitabında Azərbaycan ədəbiyyatının başlanğıcdan XX əsrin ortalarına qədər inkişaf istiqamətləri və yaradıcılıq metodlarını ümumiləşdirmiş və bədii material əsasında izah etmişdir.

Elmi əsərləri

  • 1. İbn Kuteybə Dinəvəri. Bakı, 1998, 144 s. (rus dilində)
  • 2. Əbu Bəkr əl-Valibi və onun “Əxbarul-Məcnun va əşaruhu” əsəri, Bakı, Elm, 1999, 145 s.
  • 3. Azərbaycan -ərəb ədəbi əlaqələrindən səhifələr. Bakı. Elm, 2002, 210 s.
  • 4. Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında, Bakı, Elm, 2007, 214 s.
  • 5. Əli İbn Əbi Talibin divanı. Ərəb dilində filoloji tərcümə (M.V.Muxtari ilə birlikdə), Bakı, 2001, 168 s.
  • 6.Əl-ədəbul-azəri (Azərbaycan ədəbiyyatı), (Nasr Abbas və  əl-Məvafi ilə birgə), Əbu Dabi, 2013, 250 s. (ərəb dilində).

Əlaqə

  • Xidməti tel: (+994 12) 5103425
  • Mobil tel: (+994 50) 3664062
  • Faks: (+994 12) 5102092
  • Elektron poçtu: mamverdi.hamidov@mail.ru
  • Ev telefonu: (+994 12) 4415478