Qəhrəmanov Səbuhi Adil oğlu

Filologiya üzrə fəlsəfə doktoru,
Ümumi məlumat
| Parametr | Məlumat |
|---|---|
| Adı | Qəhrəmanov Səbuhi Adil oğlu |
| Doğum tarixi | 21.09.1988 |
| Doğum yeri | Azərbaycan, Bərdə şəhəri |
| Təhsil | Bakı Dövlət Universiteti; Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası; Azərbaycan Dillər Universiteti; |
| Elmi dərəcə | Filologiya üzrə fəlsəfə doktoru
|
| Vəzifə | Direktor
|
Elmi fəaliyyəti
Avropa Elmi Redaktorlar Assosiasiyasında (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədridir. “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) sədridir.
Namizədlik (PhD) dissertasiyası
- İxtisas şifri: 5716.01
- İxtisas: Azərbaycan ədəbiyyatı
- Müdafiə tarixi:
- Mövzu: Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)
Elmi əsərlərinin sayı
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 25
- Xaricdə çıxmış elmi əsərlərinin sayı: 5
- Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 3
Kadr hazırlığı
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının üzvüdür (2020);
- Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədridir (2023);
- Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının üzvüdür (2023);
- AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının məsul katibi (2025);
Pedaqoji və digər fəaliyyəti
Digər fəaliyyəti
* Avropa Elmi Redaktorlar Assosiasiyasında (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədridir.
- “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) sədridir.
Təltif və mükafatları
- "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı (2021),
- "Ağamusa zirvəsi" diplomu (2021),
- "Əkinçi" milli mükafatı (2022)
- Naşiri olduğu kitab Bişkek şəhərində "Kitab sənəti" adlı beynəlxalq müsabiqəsində “Elm və təhsil” nominasiyası üzrə I yerə layiq görülüb (2022),
- AMEA-nın Fəxri diplomu (2023).
Elmi nailiyyətləri
- 1.1920-1930-cu illər Azərbaycan ədəbiyyatının ayrıca mərhələ kimi dövrləşdirilməsini elmi obyektivlik mövqeyindən dəyərləndirmişdir;
- 2.Bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsirini, ədəbi prosesin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatlarını və mətbuatının rolunu araşdırmışdır;
- 3.Romantizm, maarifçi və tənqidi realizm ədəbi cərəyan və yaradıcılıq metodlarının sosrealizm dövrünün ədəbi prosesinə təsirini araşdırmışdır;
- 4.Azərbaycan ədəbiyyatında sosializm realizmi metodunun formalaşma prosesini öyrənmişdir.
Elmi əsərləri
- 1. "Azərbaycan mətbuatının inkişaf mərhələləri (Sovet dövrü)". Bakı: “Sabah”, 2016 (həmmüəllifli)
- 2. "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20–30-cu illəri)". Bakı: "Elm", 2022
Əlaqə
- Xidməti tel: (+994 12) 5397891
- Mobil tel: +994 55 620 40 31
- Elektron poçtu: gahramanovsabuhi@gmail.com